...

Azərbaycanda keyfiyyətsiz duzun satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2010 16:03 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı üzərində Türkiyənin "Rafine Billur Tuz Sanayi A.Ş" tərəfindən istehsal edildiyi göstərilən "Billur Tuz" yodlu süfrə duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda keyfiyyətsiz duzun satışı dayandırılıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı üzərində Türkiyənin "Rafine Billur Tuz Sanayi A.Ş" tərəfindən istehsal edildiyi göstərilən "Billur Tuz" yodlu süfrə duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Aparılan araşdırmalar nəticəsində, bu duzun idxalçısının "ŞAM-Fİ İnterneşnl Tredinq Kompani" MMC olduğu müəyyən edilib və müəssisənin anbarında olan məhsuldan nümunə götürülərək laborator müayinəyə göndərilib.

Anbardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində polietilen qablaşdırmada olan 1,5 kq-lıq və 750 q-lıq, plasmas qablaşdırmada olan 0,5 kq-lıq, dəmir qablaşdırmada olan 0,5 kq-lıq "Billur Tuz" yodlu süfrə duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar, anbarda olan 5,7 ton duzun satışının dayandırılması və bu duzların ticarət şəbəkəsindən geri yığılması barədə Dövlət Xidməti tərəfindən "ŞAM-Fİ İnterneşnl Tredinq Kompani" MMC-yə icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti