...

Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsinin işçiləri üçün peşə-ixtisas səviyyəsinin artırılması kursları keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2010 15:50 (UTC +04:00)
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə birlikdə və Beynəlxalq Qiymətləndirmə Mərkəzinin (İVC) təşkilatçılığı ilə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ilkin nəzəri-təcrübi biliklərin verilməsi və bu sahədə çalışanların peşə-ixtisas səviyyəsinin artırılması məqsədilə "Daşınmaz əmlak obyektlərinin gəlir yanaşması ilə qiymətləndirilməsi metodologiyası" mövzusunda kurslar təşkil edir. Bu barədə AQC-nin şənbə günü yayılan məlumatında deyilir.
Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsinin işçiləri üçün peşə-ixtisas səviyyəsinin artırılması kursları keçirilir

Azərbaycan, Bakı, 21 avqust/Trend, müxbir A.Axundov/

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə birlikdə və Beynəlxalq Qiymətləndirmə Mərkəzinin (İVC) təşkilatçılığı ilə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ilkin nəzəri-təcrübi biliklərin verilməsi və bu sahədə çalışanların peşə-ixtisas səviyyəsinin artırılması məqsədilə "Daşınmaz əmlak obyektlərinin gəlir yanaşması ilə qiymətləndirilməsi metodologiyası" mövzusunda kurslar təşkil edir. Bu barədə AQC-nin şənbə günü yayılan məlumatında deyilir.

Mühazirə və paraktiki məşğələlər Azərbaycan Dövlət İqtisad Universitetinin təcrübəli müəllimləri tərəfindən aparılacaq.

Kurslarda iştirak etmək arzusunda olanlar avqustun 20-dək Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində qeydiyyatdan keçməlidirlər.

Kurslar avqustun 23-dən 27-dək saat 18:00-dan etibarən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti