...

2011-ci il dövlət büdcəsində neftin qiyməti 60 dollar/barel təşkil edə bilər – Azərbaycanın maliyyə nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2010 11:44 (UTC +04:00)
2011-ci ildə dövlət büdcəsində neftin qiyməti bir barel üçün 60 dollar təşkil edə bilər. Bu barədə çərşənbə axşamı Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
2011-ci il dövlət büdcəsində neftin qiyməti 60 dollar/barel təşkil edə bilər – Azərbaycanın maliyyə nazirinin müavini

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə dövlət büdcəsində neftin qiyməti bir barel üçün 60 dollar təşkil edə bilər. Bu barədə çərşənbə axşamı Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

"Avqustda İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, gələn il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar təşkil edə bilər", - nazir müavini deyib.

Onun sözlərinə görə, hazırda 2011-ci il büdcə proqnozlarının hazırlanması prosesi yekun mərhələdədir və sentyabrda sənədin layihəsi Nazirlər Kabinetinə təqdim ediləcək.

"2011-ci il büdcəsinin gəlirlər və xərclər üzrə yekun göstəriciləri müzakirə mərhələsindədir", - Bayramov bildirib.

2010-cu ilin birinci yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolmalar 4922,7 milyon manat (ÜDM-in 25 faizi) təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 1,3 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 3,6 faiz azalaraq 4276,7 milyon manat (ÜDM-in 17,7 faizi) təşkil edib. Yanvar-iyun aylarında büdcənin profisiti 646 milyon manat olub ki, bu da ÜDM-in 3,3 faizini təşkil edib.

Xəbər lenti

Xəbər lenti