...

Azərbaycanın Qusar rayonunun potensialının inkişaf etdirilməsi məqsədilə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 17:11 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il avqustun 27-də respublikanın sərhəd rayonlarından biri olan Qusar rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Azərbaycanın Qusar rayonunun potensialının inkişaf etdirilməsi məqsədilə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il avqustun 27-də respublikanın sərhəd rayonlarından biri olan Qusar rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Bununla əlaqədar, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- Meyvə, tərəvəz, eləcə də digər ərzaq məhsullarının saxlanılması üçün tutumu 10 min tonadək olan soyuducu anbar komplekslərinin yaradılması;

- Mineral suların qablaşdırılması üçün istehsal müəssisəsinin yaradılması;

- İntensiv bağçılıq, tingçilik, tərəvəzçilik (kartof və soğan), o cümlədən istixana şəraitində tərəvəz məhsullarının yetişdirilməsi;

- İllik istehsal gücü 10-12 min ton olan müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması;

- Müasir tələblərə cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması) müəssisələrinin yaradılması;

- Ət, süd və tərəvəz emalı müəssisələrinin yaradılması;

- İntensiv südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması;

- Turizmin inkişafının dəstəklənməsi;

- Qədim xalq sənətkarlığının, o cümlədən xalçaçılığın inkişafının dəstəklənməsi.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 432-39-69. Faks: (012) 434-74-29. e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti