...

Azərbaycan dövlət lizinq şirkəti istixananın quraşdırılması ilə bağlı tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2010 16:55 (UTC +04:00)
Azərbaycanın "Aqrolizinq" ASC 0,4 hektar sahədə xüsusi polietilen örtüklü, 34 ̊C istiyədavamlı və saniyədə 28 metr küləyədavamlı istixananın quraşdırılması ilə bağlı tender elan edib.
Azərbaycan dövlət lizinq şirkəti istixananın quraşdırılması ilə bağlı tender elan edib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Aqrolizinq" ASC 0,4 hektar sahədə xüsusi polietilen örtüklü, 34  ̊C istiyədavamlı və saniyədə 28 metr küləyədavamlı istixananın quraşdırılması ilə bağlı tender elan edib. Bu barədə ASC-nin tender komissiyasının cümə günü yayılan məlumatında deyilir.

Tender qalibi işləri müqavilə imzalanan gündən etibarən müddətin başa çatmasına 120 gün qalmış başa çatdırmalıdır.

Təkilfilər qiymətləndirilərkən üstünlük aşağıdakı kriteriyalara veriləcək: aşağı qiymət, avadanlıq və konstruksiyaların beynəlxalq standartlara uyğun olması, müqavilənin yerinə yetirilmə müddəti və zəmanətli öhdəliklər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri bu il sentyabr ayının 17-si saat 17:00-dək təqdim edə bilərlər.

- tenderdə iştirak üçün yazılı müraciət;

- iştirak üçün ödənişin edilməsi haqqında bank sənədi;

- iddiaçının son ildəki fəaliyyəti haqqında maliyyə vəziyyəti ilə bağlı bankdan arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatda olduğu ölkə və rekvizitləri.

Tender təklifləri tender proseduru keçirildikdən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır.

İddiaçılar tender təlifinin bir faiz məbləğində bank zəmanətini də təqdim etməlidirlər. Bank zəmanəti tender proseduru keçirildikdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır.

Hazırda ASC-nin doqquz regional aqroservis təchizat bazası və işğal olunmş ərazilər istisna olmaqla, Azərbaycanın bütün rayonlarında 50 aqroservis filialı var.

Şirkət 2005-ci ildən etibarən bütün fəaliyyəti dövründə fermerlərə 9467 ədəd aqrar texnika, o cümlədən taxıl yığımı üçün 990 kombayn, 2494 ədəd traktor, 140 ədəd ekskavator, kənd təsərrüfatı üçün 5843 maşın və qoşqu, 46 ədəd texniki avadanlıq və digər texnika verib.

Xəbər lenti

Xəbər lenti