...

Azərbaycanda Oğuz rayonunun potensialının inkişaf etdirilməsi məqsədilə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2010 16:14 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Oğuz rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Azərbaycanda Oğuz rayonunun potensialının inkişaf etdirilməsi məqsədilə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Oğuz rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Oğuz rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- Müasir tələblərə cavab verən təbii suların qablaşdırılması müəssisəsinin yaradılması;

- Meyvə və tərəvəz məhsullarının saxlanılması üçün tutumu 2 min tonadək olan soyuducu anbar kompleksinin tikintisi;

Sahibkarlar "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan almaq olar. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172 Telefon: (012) 432-39-69 Faks: (012) 434-74-29 e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti