...

"Bank of Baku"dan 1000 manat qazanan nümunəvi müştəri Gəncə sakini olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2010 19:56 (UTC +04:00)
"Bank of Baku" sentyabrın 3-də "Nümunəvi Müştəri" adlı həvəsləndirici kampaniyanın birinci uduşunu keçirib.
"Bank of Baku"dan 1000 manat qazanan nümunəvi müştəri Gəncə sakini olub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

"Bank of Baku" sentyabrın 3-də "Nümunəvi Müştəri" adlı həvəsləndirici kampaniyanın birinci uduşunu keçirib. Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda "Bank of Baku"da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 44 006 müştərinin xüsusi identifikasiya kodu iştirak edib. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

"Bank of Baku"dan 1000 manat qazanan Gəncə şəhər sakini Sevda Əliyeva olub. Həmçinin, bank 200 manat qazanan digər 5 qalib-müştərisini də müəyyən edib.

"Nümunəvi Müştəri" kampaniyası 5 avqust 2010 - 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edir. "Nümunəvi Müştəri" kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Uduş fondunun ümumi məbləği 24 000 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti