...

Azərbaycanın Əmək Nazirliyi Avropa İttifaqı və ADECRI ilə birgə layihəni işə salıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2010 19:52 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Avropa İttifaqımın Azərbaycandakı nümayəndəliyinin və Fransanın Beynəlxalq münasibətlərin koordinasiyası və inkişafı Agentliyinin (ADECRı) həyata keçirdiyi tvininq-layihənin açılışı olub.
Azərbaycanın Əmək Nazirliyi Avropa İttifaqı və ADECRI ilə birgə layihəni işə salıb (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Axundov/

Bazar ertəsi Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Avropa İttifaqımın Azərbaycandakı nümayəndəliyinin və Fransanın Beynəlxalq münasibətlərin koordinasiyası və inkişafı Agentliyinin (ADECRI) həyata keçirdiyi tvininq-layihənin açılışı olub.

Açılışda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, layihənin əsas məqsədi nazirliyin aktuar hesablamalarda, informasiya yığımında, proqnozlaşdırmada, monitorinqdə, qiymətləndirmədə, sosial büdcə və strateji planlaşdırmanın tətribində imkanlarının artmasıdır.

Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Qabriel Keller bu tvininq-layihənin həm Fransa, həm də Azərbaycanda sosial sahənin yaxşılaşdırılması üçün əhəmiyyətini qeyd edib.

Tvininq-layihənin direktoru və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Maliyyə və əlaqələr şöbəsinin rəhbəri Stefan Stork məlumat verib ki, layihənin dəyəri 700 min avro təşkil edir.

"Aİ-nin tvininq-layihəsi Aİ-nin qonşu ölkələrinə aproksimasiya və Aİ-nin qanunvericiliyinin həyata keçirilməsi üçün onların inzibati və hüquqi potensialının möhkəmlənməsinin köməyinə yönələn məqsədli əməkdaşlığın alətidir", - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bazar ertəsi yayılan məlumatında deyilir.

Praktikada bu alət Aİ-nin 27 üzv dövlətinin və tədrisi və analoji vəzifələri yetirən vəzifəli şəxslər arasında birbaşa təcrübə mübadiləsini stimullaşdıran benefisar ölkələrin dövlət müəssisələri arasında güclü və analoji münasibətlərin nəticələrinə xidmət edir.

Aİ-nin texniki dəstəyi 18 aya hesablanıb.

Xəbər lenti

Xəbər lenti