...

Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın payı 75% təşkil edir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2010 13:47 (UTC +04:00)
Bu günə Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faizi üstələyir. Bu barədə cümə günü iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən "İqtisadi inkişafın Azərbaycan modeli" adlı beynəlxalq konfransda öz çıxışı zamanı bildirib.
Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın payı 75% təşkil edir - nazir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir N.İsmayılova/

Bu günə Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faizi üstələyir. Bu barədə cümə günü iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən "İqtisadi inkişafın Azərbaycan modeli" adlı beynəlxalq konfransda öz çıxışı zamanı bildirib.

"Dünyanın bir çox ölkələrində qlobal iqtisadi böhranla bağlı tənəzzülə baxmayaraq, bu dövrdə Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım və yoxsulluğun səviyyəsinin azalması müşahidə olunub. Bütün bunlar böhrandanəvvəlki illərdə həyata keçirilən tədbirlər sayəsində mümkün olub. Sahibkarlığa dəstək, real sektora sərmayə yatırılması, manatın sabit məzənnəsinin qorunub-saxlanılması həmin tədbirlərin arasındadır", - Mustafayev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan müstəqil, davamlı, ancaq öz resurslarına güvənən, dünya birliyinə inteqrasiyaya can atan iqtisadiyyata malikdir.

"Ölkə iqtisadiyyatının iqtisadi artımını təmin etmək məqsədilə Azərbaycanda bundan sonra makroiqtisadi sabitlik qorunub-saxlanacaq, energetika, ekoloji və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üzrə sistemli tədbirlər görüləcək, ölkənin diversifikasiyası genişləndiriləcək, biznes mühiti təkmilləşdiriləcək və aqrar sektorun inkişafı dəstəklənəcək", - nazir bildirib.

Onun sözlərinə görə, bu siyasət insan kapitalının inkişafına, ölkədə işsizliyin səviyyəsinin aşağı salınmasına, dövlət büdcəsi xərclərinin sosial istiqamətinin artırılmasına yönəldilib ki, bu da sonda əhalinin həyat səviyyəsinin artırılmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, bu gün ölkədə 900 mindən artıq yeni iş yeri açılıb, Azərbaycanın strateji valyuta ehtiyatları 26 milyard dolları ötür ki, bu da dövlət borclarının həcmindən səkkiz dəfə çoxdur. Azərbaycan 140 ölkə ilə ticarət əlaqələrinə malikdir, əmtəə dövriyyəsinin 40 faizindən çoxu isə Aİ ölkələrinin payına düşür. 2004-2009-cu illər ərzində ölkədə ÜDM 2,8 dəfə artıb. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 80 milyard dolları ötüb, onların yarısı xarici investisiyaların payına düşür.

Xəbər lenti

Xəbər lenti