...

Bakıda neft-qaz gəlirlərinin sosial mühitə təsiri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2010 16:19 (UTC +04:00)
Cümə günü Bakıda İctimai Vəsaitin Monitorinqi Mərkəzi (İVMM) Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə "Neft-qaz gəlirlərinin ətraf mühitə təsiri: Azərbaycan nümunəsi" mövzusunda "dəyirmi masa" keçirilib.
Bakıda neft-qaz gəlirlərinin sosial mühitə təsiri müzakirə edilib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Axundov/

Cümə günü Bakıda İctimai Vəsaitin Monitorinqi Mərkəzi (İVMM) Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə "Neft-qaz gəlirlərinin ətraf mühitə təsiri: Azərbaycan nümunəsi" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə mərkəzin rəhbəri İnqilab Əhmədov, ekspert Kənan Aslanlı, "FAR Centre" təşkilatının nümayəndəsi və politoloq Rasim Musabəyov və ekspert Şəhriyar Əhmədovun hazırladıqları "Neft-qaz gəlirlərinin sosial mühitə təsiri ilə bağlı beynəlxalq təcrübə və Azərbaycan özəlliyi" tədqiqat işinin təqdimatı keçirilib.

Əhmədovun sözlərinə görə, tədqiqatın məqsədi "resurs lənəti"nin Azərbaycan cəmiyyətindəki vəziyyətə təsirinin öyrənilməsindən ibarətdir.

İqtisadiyyatda "resurs lənəti" (resource curse) və ya "çoxluq paradoksu"nun (paradox of plenty) yaranması xeyli təbii ehtiyata malik ölkələrin daha az ehtiyatlara malik ölkələrdən az inkişaf etməsi ilə bağlıdır.

"Resurs lənəti"nin təsirinin istiqamətlərindən biri münaqişələrin yaranması, narazılıq, gərginlik, cəmiyyətdə qarşıdurmadır. Azərbaycanda bu indi müşahidə edilmir. Tədqiqatın məqsədi ölkədə "resurs lənəti"nin yaranması təhlükəsinin hansı potensiala malik olduğunu öyrənməkdən ibarətdir", - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, tədqiqat ilkin xarakter daşıyır və təməl işi sayılmır.

Musabəyovun sözlərinə görə, tədqiqat çərçivəsində keçirilən sosial sorğular Azərbaycanda neft-qaz gəlirlərinin artması nəticəsində hansısa gərginliyin mövcudluğundan danışmağa əsas vermir.

"Dəyirmi masa"da hökumət, QHT və KİV nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti