...

Azərbaycan Prezidenti Naxçıvan MR-də xüsusi razılıq verilən fəaliyyət növlərinin siyahısını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2010 13:47 (UTC +04:00)
zərbaycan Prezidenti İlham Əliyev 2010-cu il sentyabrın 17-də 328 saylı fərmanı ilə Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində xüsusi razılığın alınmasını tələb edən kommersiya fəaliyyəti növlərinin siyahısını təsdiqləyib.
Azərbaycan Prezidenti Naxçıvan MR-də xüsusi razılıq verilən fəaliyyət növlərinin siyahısını təsdiqləyib

Azərbaycan, Bakı, 18 sentyabr / Trend, müxbir H.Vəliyev/

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il sentyabrın 17-də 328 saylı fərmanı ilə Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində xüsusi razılığın alınmasını tələb edən kommersiya fəaliyyəti növlərinin siyahısını təsdiqləyib. Bu barədə "Azərtac" Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Dövlət başçısının fərmanı ilə xüsusi icazə tələb edən 40 fəaliyyət növü müəyyən edilir. Xüsusi icazənin alınmasını tələb edən xidmətlər siyahısına telekommunikasiya, inşaat, nəqliyyat xidmətləri, energetika, istehsal, idxal, turizm, təhlükəsizlik və digər sahələr daxildir.

Dövlət başçısının fərmanına görə, Muxtar Respublika ərazisində göstərilən xidmətlərin lisenziyalaşdırılması NMR icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində xüsusi razılığın alınmasını tələb edən kommersiya fəaliyyəti növlərinin siyahısı aşağıdakılardır:

Sıra

№-si

Fəaliyyət növünün adı

1.

Kartoqrafiya fəaliyyəti

2.

Neft məhsullarının satışı

3.

Qaz məhsullarının satışı

4.

Tibb fəaliyyəti

5.

Əczaçılıq fəaliyyəti

6.

Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin):

6.1.

İstehsalı

6.2.

İdxalı

7.

Tütün məmulatının:

7.1.

İstehsalı

7.2.

İdxalı

8.

Rabitə xidmətləri:

8.1.

telefon (məftilli)

8.2.

sellülar (mobil)

8.3.

radiotrank və simsiz telefon

8.4.

İP-telefoniya (internet-telefoniya)

8.5.

məlumatların ötürülməsi (data)

8.6.

sürətli poçt xidməti

8.7.

3-cü nəsil (3G) mobil rabitə xidmətləri

9.

Təhsil müəssisələrinin fəaliyyəti:

9.1.

məktəbəqədər tərbiyə müəssisələri

9.2.

ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri

9.3.

ali təhsil müəssisələri

9.4.

dini orta ixtisas tədris müəssisələri

9.5.

ali dini tədris müəssisələri

10.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti

Xəbər lenti

Xəbər lenti