...

Azərbaycanda meyvə emalı üzrə müəssisələrin yaradılması üçün səkkiz sahibkar güzəştli maliyyələşməyə görə müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 16:38 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (meyvələrin qurudulması və konservləşdirilməsi) müəssisələrinin yaradılması və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib.
Azərbaycanda meyvə emalı üzrə müəssisələrin yaradılması üçün səkkiz sahibkar güzəştli maliyyələşməyə görə müraciət edib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (meyvələrin qurudulması və konservləşdirilməsi) müəssisələrinin yaradılması və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev təkliflər paketinin açılması zamanı bildirib ki, təşkilata Azərbaycanın müxtəlif regionlarından olan sahibkarlardan səkkiz təklif daxil olub.

Abdullayevin sözlərinə görə, təkliflər "Muğan Bank"ın iştirakı ilə (layihənin dəyəri 1,12 milyon manat güzəştli maliyyələşmə ilə 1 892 100 manat qiymətləndirilir) Salyan rayonunun "Ələddin Fermer" müəssisəsindən, Beyləqan rayonunun "Emin Nəsiroğlu" Fermer Kənd Təsərrüfatı" MMC-dən (layihənin dəyəri tələb olunan 1,05 milyon manat güzəştli kreditlə 1 752 167 manatdır) gəlib.

Göyçay rayonundan "Emil İ" firmasının layihəsinin dəyəri 1 020 700 manat güzəştli kreditlə 1,704 milyon manat, Quba-Xaçmaz iqtisadi zonasından "Aqromasiya" MMC-nin layihəsi 1 255 105 manat (750 min manat məbləğində güzəştli kredit), Quba rayonundan "Saf" MMC-nin layihəsi 1,35 milyon manat (750 min manat), Şəki-Zaqatala iqtisadi zonasından "Dağçiçəyi" MMC-nin layihəsi 258,617 min manat (120 min manat), Gəncə-Qazax iqtisadi zonasından "Moşu" ASC-nin layihəsi 279,272 min manat (160 min manat) qiymətləndirilir. Təkliflər Xaçmaz rayonundan fiziki şəxs İlqar Mahmudovdan da daxil olub. Onun layihəsinin dəyəri 240 min manat güzəştli maliyyələşmə ilə 531,002 min manat qiymətləndirilir.

Elan edilən müsabiqə çərçivəsində layihələr ölkənin bütün iqtisadi zonaları üzrə qəbul edilib (Bakı istisna olmaqla). Fondun qaydalarına əsasən, investisiya layihələrinin minimum 40%-i sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Layihənin maliyyələşməsində pay sahibi qismində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və ya onun törəmə strukturları çıxış edə bilər.

Sahibkarlar ilk növbədə Fondun səlahiyyətli kredit təşkilatlarına müraciət etməli və maliyyələşməyə dair müsbət qərar aldıqdan sonra layihələri 2010-cu il sentyabrın 20-dək Sahibkarlığa Kömək Milli Fonduna təqdim etməli idilər.

Fond müsabiqənin nəticələrini 2010-cu il oktyabrın 5-də saat 12:00-da açıqlayacaq.

Sentyabrın 21-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti