...

Azərbaycan 2011-ci maliyyə ili üçün BİA-nın kvotalarından istifadə üzrə istiqamətləri müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 17:01 (UTC +04:00)

Аzərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan hökuməti və Dünya Bankı (DB) 2011-ci maliyyə ili üçün (1 iyul 2010-cu il - 30 iyun 2011-ci il) Beynəlxalq İnkişaf Assoasiyası (BİA) tərəfindən ölkəyə təqdim olunan 48,9 milyon sərbəst dönərli valyuta (SDV) məbləğində (73 milyon dollar) kvotalardan istifadə üzrə istiqamətləri müəyyənləşdirib.

Cümə axşamı DB-nin Azərbaycanda süni suvarma layihəsinin reallaşdırılması qrupunun rəhbəri Akif Mustafayevin sözlərinə görə, yeni irriqasiya layihəsinin həyata keçirilməsi üçün DB-nin ayıracağı 80 milyon dollardan 70 milyon BİA-nın güzəştli maliyyə vəsaitindən, 10 milyon dollar isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə veriləcək. Ümumi dəyəri 150 milyon dollar olan layihənin yerdə qalan hissəsinin dövlətin hesabına maliyyələşdiriləcəyi gözlənilir.

"Hazırda Maliyyə və İqtisadi İnkişaf nazirlikləri, ölkənin Nazirlər Kabineti və digər müvafiq strukturlarla məsləhətləşmələr aparılır, - Mustafayev deyib. -Yaxın günlərdə dövlətin layihədə iştirak payı dəqiqləşdirildikdən sonra qiymətləndirmə sənədinin tam hazırlanması başa çatacaq".

Layihənin həyata keçirilməsinə təxminən 2011-ci ilin martında başlanacaq və altı il üçün nəzərdə tutulub.

"Layihə 100 min hektar ərazidə təmir-bərpa işlərini əhatə edir, - Mustafayev deyib. - Layihə Azərbaycanın təqribən 33 rayonunu əhatə edir, onlardan 22-də süni suvarma sistemlərində təmir-bərpa işlərinin aparılması planlaşdırılıb. 11 rayonda isə treninqlər keçiriləcək, su istifadəçiləri assoasiyaları üçün ofislər tikiləcək və kənd təsərrüfatı texnikası alınacaq".

2003-cü ildə təsdiqlənən və 2010-cu ildə başa çatan bundan əvvəlki irriqasiya layihəsinin büdcəsi 43 milyon dollar təşkil edirdi. Onun 39 milyon dolları DB-nin kreditləri hesabına ayrılmışdı. 4 milyon dollar isə Azərbaycan hökumətinin payına düşürdü.

Xəbər lenti

Xəbər lenti