...

Azərbaycanda Rusiya və Ukrayna istehsalı olan keyfiyyətsiz duz aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2010 14:55 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqin gedişi zamanı tərkibində yodun miqdarının normadan az olduğu Rusiya və Ukrayna istehsalı olan keyfiyyətsiz duz aşkar edilib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanda Rusiya və Ukrayna istehsalı olan keyfiyyətsiz duz aşkar edilib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqin gedişi zamanı tərkibində yodun miqdarının normadan az olduğu Rusiya və Ukrayna istehsalı olan keyfiyyətsiz duz aşkar edilib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Satışda olan duzlardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı Ukraynanın Donetsk vilayətinin Slovyansk şəhərində yerləşən "Slovyansk" Duzçıxarma Şirkətində istehsal edilmiş 1 000 qr.-lıq "Ekstra" və Rusiyanın Həştərxan vilayətinin Nijni-Baskunçak qəsəbəsində yerləşən "Bassol" ASC-də istehsal edilmiş 1 000 qr.-lıq "Sol" yodlaşdırılmış süfrə duzlarının tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.

Bununla əlaqədar, həmin duzların idxalçısı olan "Lavanda" MMC-nin Gəncə və Xaçmaz şəhərlərində yerləşən anbarlarında olan duzlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinə nəticəsində də "Slovyansk" Duzçıxarma Şirkətində istehsal edilmiş 1 000 qr.-lıq "Ekstra" və "Bassol" ASC-də istehsal edilmiş "Sol" yodlaşdırılmış süfrə duzlarının tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, müəssisənin anbarında olan 67,7 ton "Ekstra" və 10,5 ton "Sol" yodlaşdırılmış süfrə duzlarının satışının qadağan edilməsi və bu duzların ticarət şəbəkəsindən çıxarılması barədə "Lavanda" MMC-yə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti