...

Azərbaycan Vergilər Nazirliyi böyük həcmdə vergidən yayınma faktı üzrə araşdırmaları davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2010 17:08 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən "AZ.SV" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycan Vergilər Nazirliyi böyük həcmdə vergidən yayınma faktı üzrə araşdırmaları davam etdirir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən "AZ.SV" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanıb. Bu barədə cümə günü nazirlikdən verilən məlumatda deyilir.

Əvvəllər Cinayət Məcəlləsinin 213.4-cü maddəsi ilə məhkum olunmuş Əliyev Rövşən Süleyman oğlu "AZ.SV" ilə yanaşı, ayrı-ayrı şəxslərin adına təsis olunmuş daha iki şirkətin - "STS GROUP" və "World Sistem I" MMC-lərin fəaliyyətinə də faktiki rəhbərlik edərək bir qrup şəxslə cinayət əlaqəsinə girib və külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırıb.

Vergi Məcəlləsinin tələbləri pozulmaqla "STS GROUP" və "World Sistem I" MMC-lər üzrə 2009-cu il üçün mənfəət vergisinin bəyannamələrinin, "AZ.SV" MMC üzrə isə 2009-cu il üçün mənfəət vergisinin və 2010-cu ilin yanvar-fevral ayları üçün Əlavə Dəyər Vergisinin bəyannamələrinin vergi orqanına təqdim edilməməsi və dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə əlaqədar Əliyev Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub, Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatda deyildiyi kimi, cinayət işi üzrə ibtidai araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti