...

Azərbaycan Xorvatiyanın topoqrafiya, kartoqrafiya və kadastr sahəsində müasir texnologiyaların tətbiqi üzrə təcrübəsindən bəhrələnəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 20:51 (UTC +04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti cari ilin sentyabr ayının 17-dən 23-dək Xorvatiyanın Zaqreb şəhərinə işgüzar səfər edib.
Azərbaycan Xorvatiyanın topoqrafiya, kartoqrafiya və kadastr sahəsində müasir texnologiyaların tətbiqi üzrə təcrübəsindən bəhrələnəcək

Azərbycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Axundov/

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti cari ilin sentyabr ayının 17-dən 23-dək Xorvatiyanın Zaqreb şəhərinə işgüzar səfər edib. Bu barədə komitənin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Xorvatiyanın Dövlət Geodeziya İdarəsini, onun regional şöbəsini və özəl "Geofoto" şirkətini ziyarət edən nümayəndə heyəti bu sahədə istifadə olunan müasir texnologiyalarla tanış olublar.

Xorvatiyada yerinə yetirilən topoqrafiya, kartoqrafiya, kadastr və Yerin məsafədən tədqiq edilməsi sahəsində istifadə olunan müasir avadanlıqlarla tanışlıqdan sonra texnologiyaların Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin struktur bölmələrində də tətbiq olunması barədə müvafiq danışıqlar aparılıb və perspektiv tətbiq sahələri müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti