...

Avropa və Mərkəzi Asiyanın keçid iqtisadiyyatına malik ölkələri qlobal iqtisadi böhrandan digərlərindən daha çox əziyyət çəkir – Dünya Bankı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 13:15 (UTC +04:00)
Dünya Bankının bəyanatına görə, Avropa və Mərkəzi Asiyanın (AMA) keçid iqtisadiyyatına malik ölkələrində iqtisadi artımın bərpası müşahidə olunur. Bu arada işsizliyin davam etməsi, həmçinin, artımın davamlılığına şübhə narahatlıq doğurur.
Avropa və Mərkəzi Asiyanın keçid iqtisadiyyatına malik ölkələri qlobal iqtisadi böhrandan digərlərindən daha çox əziyyət çəkir – Dünya Bankı

Türkmənistan, Aşqabad, 11 oktyabr /Trend, müxbir H.Həsənov/

Dünya Bankının bəyanatına görə, Avropa və Mərkəzi Asiyanın (AMA) keçid iqtisadiyyatına malik ölkələrində iqtisadi artımın bərpası müşahidə olunur. Bu arada işsizliyin davam etməsi, həmçinin, artımın davamlılığına şübhə narahatlıq doğurur.

Bəyanatda qeyd olunur ki, Avropa və Mərkəzi Asiyanın keçid iqtisadiyyatına malik ölkələri qlobal iqtisadi böhrandan digərlərindən daha çox əziyyət çəkirlər.

"Yaxşı xəbər ondan ibarətdir ki, qlobal iqtisadi böhran zamanı kəskin tənəzzül dövrünü yaşayan Mərkəzi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi artımın bərpası müşahidə olunur", - DB-nin bəyanatında Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezident Filipp Le Uerunun sözlərindən sitat gətirilib.

"Lakin regionun iqtisadiyyatlarının müxtəlifliyi ilə fərqlənən 30 ölkəsində sağalma prosesi eyni bərabərlikdə getmir. Bu il region ölkələrinin böyük əksəriyyətində iqtisadi artım qeydə alınıb, lakin elə ölkələr də var, onlar hələ iqtisadiyyatın bərpası yoluna qayıtmayıblar.  Müstəqil Dövlətlər Birliyi ölkələrində işsizlərin sayı artmaqda davam edir. Belə yavaş və ağrılı sağalma prosesi çətinliklə dolanan ailələrdə xüsusilə əks olunur", - Le Ueru qeyd edib.

Beynəlxalq ticarət və maliyyə bazarlarına sıx inteqrasiya, eləcə də bir sıra dövlətlərin iqtisadi siyasətlərindəki ayrı-ayrı çatışmazlıqlar səbəbindən AMA regionu qlobal iqtisadi və maliyyə böhranından dünyanın başqa redgionlarından daha çox əziyyət çəkir.

Qlobal iqtisadi fəallıqdakı enmə regionda iqtisadi fəaliyyətin, bütün vergi daxilolmaları və kapital axınının ən kəskin azalmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti