...

"TBC Kredit" təkrar müştərilər üçün faiz dərəcələrini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 19:52 (UTC +04:00)
Bank olmayan kredit təşkilatı "TBC Kredit" girovsuz "Təcili pul" kreditlərinə təkrar müraciət edən müştərilər üçün faiz dərəcəsini 2% aşağı salıb.
"TBC Kredit" təkrar müştərilər üçün faiz dərəcələrini azaldıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Bank olmayan kredit təşkilatı "TBC Kredit" girovsuz "Təcili pul" kreditlərinə təkrar müraciət edən müştərilər üçün faiz dərəcəsini 2% aşağı salıb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

İndi belə müştərilər üçün faiz dərəcəsi illik 22%-dən başlayır. Yeni məhsula həm kreditlərini bağlamış müştərilər, həm də hazırkı vaxtda bizim məhsullarımızdan istifadə edən müştərilər müraciət edə bilərlər, bir şərtlə ki, yeni müraciət vaxtı cari kredit üzrə ümumi qalıq borcunun 25 faizindən çox olmasın.

Məlumatda deyildiyinə görə, istənilən məqsəd üçün (səyahət, toy mərasimlərinin təşkili, mebel və texnika alınması və s.) verilən "Təcili pul" kreditləri əhali arasında böyük tələblə istifadə olunur. Bu kreditin maksimum məbləği 5000 manat, müddəti isə 18 aydır. Bununla bərabər kredit cəmi 2 gün ərzində verilir.

Bank olmayan kredit təşkilatı "TBC Kredit" Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı "TBC Bank"a, 25 faizi isə "ShoreBank International Ltd"yə məxsusdur.

Oktyabrın 11-nə olan rəsmi məzənnə 0,8020 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti