...

"Baku White City" layihəsi Beynəlxalq "Cityscape Global 2010" sərgisində nümayiş olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 18:44 (UTC +04:00)
Ötən həftə Dubay şəhərində keçirilən daşınmaz əmlak və investisiyalar üzrə IX Beynəlxalq "Cityscape Global 2010" sərgisinin açılışı olub. İlk dəfə olaraq bu sərgiyə qatılan Azərbaycan "Baku White City" şəhərsalma layihəsini mütəxəssislərin diqqətinə təqdim edib.
"Baku White City" layihəsi Beynəlxalq "Cityscape Global 2010" sərgisində nümayiş olunub (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Ötən həftə Dubay şəhərində keçirilən daşınmaz əmlak və investisiyalar üzrə IX Beynəlxalq "Cityscape Global 2010" sərgisinin açılışı olub. İlk dəfə olaraq bu sərgiyə qatılan Azərbaycan "Baku White City" şəhərsalma layihəsini mütəxəssislərin diqqətinə təqdim edib. Bu layihədə çox maraqlı memarlıq və investisiya perspektivlərindən əlavə, torpağın ekoloji bərpası, həmçinin, cəlbedici şəhər mühiti və infrastrukturu ideyaları da öz əksini tapıb.

Daşınmaz əmlak sahəsində çalışan beynəlxalq investorları, memarları, məsləhətçiləri, inşaatçıları, dövlət strukturlarının aparıcı mütəxəssislərini və nümayəndələrini birləşdirən ən görkəmli sərgi platformasının iştirakçıları "Bakı Ağ Şəhər" layihəsinin məqsəd və vəzifələri, həmçinin, Azərbaycanın geniş investisiya imkanları və ölkə iqtisadiyyatının uğurlu inkişafı haqqında məlumat əldə ediblər.

"Bakı Ağ Şəhər" layihəsinin nümayəndələri eyni zamanda beynəlxalq investisiya forumunda da iştirak ediblər. Forumun proqramına ABŞ, Çin, BƏƏ, Yaxın Şərq və digər ölkələrin investorlarının çıxışları daxil edilıb.

"Bakı Ağ Şəhər" layihəsinin "Cityscape Global 2010" sərgisində iştirakı mütəxəssislərin və investorların böyük marağına səbəb olub. Sərmayələr, texnologiyalar və ekspertləri bir araya yığan, məşhur görüş yeri kimi tanınan "Cityscape Global 2010" sərgisində "Bakı Ağ Şəhər" layihəsinin gələcək inkişafı üçün çox gözəl imkanlar yaranıb.

"Mütəxəssislər "Bakı Ağ Şəhər" kimi cəlbedici layihənin potensialını yüksək qiymətləndiriblər. Bu layihə sərgidə iştirak edən tərəfdaşların və investorların həqiqi marağına səbəb olub", - "Cityscape Global 2010" sərgisinin təşkilatçısı Vouter Molman bildirib. - Azərbaycanın sərgidə belə layihə ilə iştirakı ölkənizdə baş verən geniş əhatəli dəyşiklikləri əks etdirməklə yanaşı, respublikanızın və paytaxtınızın beynəlxalq investisiya mühitində layiqincə təmsil olunması üçün növbəti fürsətdir.

"Cityscape Global 2010" sərgisində şəhərsalma, memarlıq planlaşdırması, qabaqcıl İT-həlləri, arxitektur işıqlandırma, məkanın planlaşdırılması, landşaft memarlığı, yeni planlaşdırma üslubları və sair bölmələr təqdim edilib. Cari ildə "Cityscape Global 2010" sərgisində Yaxın Şərq, Avropa İttifaqı, Asiya, Amerika qitəsi, Afrika və Avstraliyadan üç yüzə yaxın şirkət iştirak edib.

İdeyanın möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və "Bakı Ağ Şəhər" layihəsini dünyanın qabaqcıl şəhərsalma layihələri səviyyəsinə çıxarır.

Xəbər lenti

Xəbər lenti