...

Koreyanın "Ultra" şirkəti Azərbaycanda biznesi genişləndirməyi planlaşdırır (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2010 11:27 (UTC +04:00)
Trend-in Koreyanın "Construction & Engineering" inşaat şirkətinin baş direktoru Xen-Çon Kanla müsahibəsi
Koreyanın "Ultra" şirkəti Azərbaycanda biznesi genişləndirməyi planlaşdırır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Axundov/

Trend-in Koreyanın "Construction & Engineering" inşaat şirkətinin baş direktoru Xen-Çon Kanla müsahibəsi

- Məlum olduğu kimi, şirkətiniz Azərbaycanda Gəncə - Yevlax avtomobil yolunu tikir. Hazırda layihənin reallaşdırılması hansı mərhələdədir?

- Avtomobil yolunun uzunluğu 89 kilometr təşkil edir. Biz artıq işlərin 56 faizini yerinə yetirmişik. Hər şey plan üzrə gedir.

- Layihənin ümumi dəyəri nə qədərdir və tikintidə hansı avadanlıq və texnologiyalar tətbiq olunur?

- Layihənin dəyəri 165 milyon dollar təşkil edir. Şirkətimiz yolların həm tikintisi və həm də dizaynı ilə məşğul olur. Yolun üzərindən yolkeçiricisinin tikilməsi sayəsində işlər avtomobillərin hərəkətinə mane olmur. Biz üç daşdeşən, iki asfalt istehsalı üzrə qurğudan istifadə edirik. Yolun tikintisinə 350 ədəd texnika cəlb olunub.

- Bu, sizin Azərbaycanda ilk layihənizdir. Şirkət gələcəkdə Azərbaycanda yolların, piyada keçidlərinin və körpülərin tikintisində iştirak etməyi planlaşdırırmı?

- "Ultra" şirkəti 1965-ci ildə yaradılıb. Bu 45 il ərzində biz Koreyada yolların, trassların, dəmir yollarının, metro stansiyalarının və yaşayış binalarının tikintisində iştirak etmişik.

Biz gələcəkdə də Azərbaycanda yolların, körpülərin və tunellərin tikintisində iştirak etmək istərdik. Masallı - Astara avtomobil yolunun inşası üzrə tenderdə iştirak etmək üçün ərizə verməyə hazırlaşırıq. Bununla əlaqədar əməkdaşlarımız oktyabrın 8-də Bakıya gələcəklər. Layihənin dəyəri iki yüz milyon dollara yaxındır.

Bundan əlavə, digər yol layihələrində də iştirak etməyi planlaşdırırıq.

- Şirkətiniz yaşayış binalarının və sənaye obyektlərinin tikintisi üzrə də ixtisaslaşıb. Siz Azərbaycanda bu bazara çıxmağa hazırlaşırsınızmı?

- "Ultra" şirkəti yaşayış binalarının, kommersiya obyektlərinin, su elektrik stansiyalarının və energetika sahəsində digər obyektlərin tikintisində ixtisaslaşıb. Biz bu sahədə də Azərbaycanda biznesimizi genişləndirmək istərdik.

-  Azərbaycandakı iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz?

- İki ildir Azərbaycanda çalışırıq və burada nümayəndəliyimiz var. Biz Azərbaycanda biznesimizi genişləndirmək, yeni sahələr daxil etmək, yerli işçiləri cəlb etmək istəyirik. Hesab edirəm, Azərbaycan bazarı bizim üçün çox cəlbedicidir.

Xəbər lenti

Xəbər lenti