...

AZAL Bakı-Gəncə-Bakı marşrutu üzrə əlavə reyslər açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 13:41 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 31-dən Bakı-Gəncə-Bakı marşrutu üzrə əlavə reyslərin həyata keçirilməsinə başlayacaq. Bu barədə cümə günü AZAL-dan məlumat verilib.
AZAL Bakı-Gəncə-Bakı marşrutu üzrə əlavə reyslər açacaq

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 31-dən Bakı-Gəncə-Bakı marşrutu üzrə əlavə reyslərin həyata keçirilməsinə başlayacaq. Bu barədə cümə günü AZAL-dan məlumat verilib.

QSC-dən verilən məlumata görə, hazırda bu istiqamətdə aviareyslər həftədə üç dəfə - bazr ertəsi, çərşənbə və cümə günləri həyata keçirilir. Təyyarə Bakıdan Gəncəyə Bakı vaxtı ilə saat 08:00-da uçur.

Oktyabrın 31-dən Bakı-Gəncə-Bakı marşrutu üzrə reyslər gündəlik həyata keçiriləcək. "ATR-42" markalı təyyarə Bakıdan yerli vaxtla saat 09:00-da uçacaq və saat 10:00-da Gəncədə olacaq. Gəncədən təyyarə saat 15:30-da uçacaq və elə həmin gün saat 16:30-da Bakıda olacaq.

AZAL-dan deyildiyi kimi, bir istiqamətdə biletin qiyməti 56, hər iki istiqamətdə 112 manat təşkil  edəcək.

Xəbər lenti

Xəbər lenti