Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80176 manat səviyyəsində müəyyən edilib.
Oktyabrın 11 və 12-də manatın dollara nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına 0,8020 manat səviyyəsində müəyyən edilib, minimum məzənnə isə oktyabrın 14-15-də 0,8015 manat səviyyəsində olub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
4 oktyabr |
0,8024 |
11 oktyabr |
0,8020 |
5 oktyabr |
0,8024 |
12 oktyabr |
0,8020 |
6 oktyabr |
0,8022 |
13 oktyabr |
0,8018 |
7 oktyabr |
0,8021 |
14 oktyabr |
0,8015 |
8 oktyabr |
0,8021 |
15 oktyabr |
0,8015 |
Həftə ərzində orta |
0,80224 |
Həftə ərzində orta |
0,80176 |
Həftənin yekunları üzrə Bakı Banklararası Valyuta Birjasında keçirilən sövdələşmələr nəticəsində müəyyən edilən manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,8032 manat səviyyəsində dəyişməz qalıb.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): oktyabrın 11-də 0,8032 AZN/USD məzənnə ilə $2 milyon, oktyabrın 12-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8032 AZN/USD səviyyəsində saxlanılıb. Oktyabrın 13-də 0,8032 AZN/USD məzənnə ilə $0,1milyon, oktyabrın 14-də 0,8032 AZN/USD məzənnə ilə $2 milyon, oktyabrın 15-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8032 AZN/USD səviyyəsində saxlanılıb.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
4 oktyabr |
0,8032 |
11 oktyabr |
0,8032 |
5 oktyabr |
0,8032 |
12 oktyabr |
0,8032 |
6 oktyabr |
0,8032 |
13 oktyabr |
0,8032 |
7 oktyabr |
0,8032 |
14 oktyabr |
0,8032 |
8 oktyabr |
0,8032 |
15 oktyabr |
0,8032 |
Həftə ərzində orta |
0,8032 |
Həftə ərzində orta |
0,8032 |
USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 5 manat, satışı isə 6 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il - 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin təxminən 80 faizinin çıxarılması ilə əlaqədardır.