...

Azərbaycanın sığorta şirkəti adını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 10:40 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti oktyabrın 19-da "BE&G SIĞORTA ŞİRKƏTİ" QSC-nin adının dəyişərək, "Meqa Sığorta" adlandırılması ilə əlaqədar şirkətin sığorta fəaliyyəti göstərmək üçün xüsusi icazəsini yeniləyib. Bu barədə cümə axşamı DSNX-nin saytında yerləşdirilmiş məlumatında deyilir.
Azərbaycanın sığorta şirkəti adını dəyişib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti oktyabrın 19-da "BE&G SIĞORTA ŞİRKƏTİ" QSC-nin adının dəyişərək, "Meqa Sığorta" adlandırılması ilə əlaqədar şirkətin sığorta fəaliyyəti göstərmək üçün xüsusi icazəsini yeniləyib. Bu barədə cümə axşamı DSNX-nin saytında yerləşdirilmiş məlumatında deyilir.

Bununla əlaqədar Dövlət Sığorta Nəzarəti Xidməti sığortaçıların və təkrar sığortaçıların reyestrində dəyişiklik edib.

Sığorta şirkəti 1998-ci ildə Naxçıvan şəhərində "Naxçıvan" kommersiya sığorta şirkətinin bazasında fəaliyyətə başlayıb. 1998-cı ildə şirkətin Bakı filialı açılıb və fəaliyyətə başlayıb.

2001-ci ildə şirkətin baş ofisinin Naxçıvandan Bakıya köçürülməsi və "BE&G" sığorta şirkəti kimi fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib.

Şirkət üçü icbari olmaqla, sığortanın 29 növü üzrə fəaliyyət göstərmək hüququna malikdir. Şirkətin nizamnmaə kapitalı iki milyon manatdır.

2010-cu ilin yanvar-avqust aylarında şirkət 0,29 milyon manat həcmində sığorta haqqı toplayıb, 0,21 milyon manat həcmində isə ödəniş həyata keçirib.

2009-cu ildəki fəaliyyətinin yekunları üzrə şirkətin sığorta mükafatlarının həcmi 0,95 milyon,  ödənişləri 0,5 milyon manat olub.

Xəbər lenti

Xəbər lenti