...

"Bank of Baku"nun dinamik artımı istehlak kreditlərinin həcminin 50 faiz genişlənməsini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 16:07 (UTC +04:00)
Azərbaycan bank "Bank of Baku" əhalinin tələbat və ehtiyaclarının ödənilməsinə yönəlmiş siyasəti və sabit inkişaf nümayiş etdirməsi nəticəsində 2009-cu ilin göstəriciləri ilə müqayisədə 2010-cu ilin 9 ayı ərzində əsas maliyyə göstəricilərində yüksək artım göstərib.
"Bank of Baku"nun dinamik artımı istehlak kreditlərinin həcminin 50 faiz genişlənməsini təmin edib

Azərbaycan, 22 oktyabr /Trend/

Azərbaycan bank "Bank of Baku" əhalinin tələbat və ehtiyaclarının ödənilməsinə yönəlmiş siyasəti və sabit inkişaf nümayiş etdirməsi nəticəsində 2009-cu ilin göstəriciləri ilə müqayisədə 2010-cu ilin 9 ayı ərzində əsas maliyyə göstəricilərində yüksək artım göstərib. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

30 sentyabr 2010-cu il tarixinə bankın xalis mənfəəti 10,756 milyon manat təşkil edib. Bu göstərici 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 72% artıb.

2010-cu ilin ilk 9 ayının nəticələrinə görə bankın ROE (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisi 38,04%, ROA (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində aktivlərin orta qalığı) göstəricisi isə 6,97% təşkil edib. Bankın aktivləri keçən ilin analoji göstəricisi ilə müqayisədə 28% artaraq 228,93 milyon manat təşkil edib.

Müştəriləri üçün müntəzəm olaraq həyata keçirdiyi uğurlu kredit kampaniyaları nəticəsində bankın kredit portfelinin həcmi 2009-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə 33% artaraq 179,762 milyon manat təşkil edib. O cümlədən 2009-cu ilin sentyabr ayının göstəriciləri ilə müqayisədə istehlak kreditlərinin həcmi 50% artaraq 125,302 milyon manat təşkil edir, bu isə uğurlu kredit siyasətinin əlamətidir.

2010-cu ilin ilk 9 ayı ərzində "Bank of Baku"nun əmanətlərinin də xeyli artımı müşahidə olunur: 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə bankın depozit portfeli 34% genişlənərək 175,166 milyon manat təşkil edib. "Bank of Baku" müştərilərinin yüksək etibarlılıq dərəcəsinin və loyallığının parlaq sübutu olaraq əhalinin müddətli depozitləri 78% artaraq 112,121 milyon manat təşkil edib.

Bu müddət ərzində "Bank of Baku"nun iki uduşlu kampaniyası oynanılıb. Nəticədə bankın iki müştərisi 1000 manat, 10 müştərinin hər biri 200 manat, 5 müştərinin hərəsi isə 100 manat məbləğində pul mükafatı qazanıb.

Xəbər lenti

Xəbər lenti