...

Azərbaycanın Kapital Bankı "MasterCard" kartlarına 50 faiz endirim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2010 17:25 (UTC +04:00)
2010-cu il oktyabrın 15-dən Kapital Bankın "MasterCard" tipli kredit kartlarının hər üç növü üçün 50% endirim qüvvəyə minir.
Azərbaycanın Kapital Bankı "MasterCard" kartlarına 50 faiz endirim edib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

2010-cu il oktyabrın 15-dən Kapital Bankın "MasterCard" tipli kredit kartlarının hər üç növü üçün 50% endirim qüvvəyə minir. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Güzəşt kampaniyası dövrü 2010-cu il dekabrın 31-dək davam edəcək. 50%-lik endirimlə kartların qiyməti aşağıdakı kimi olacaq:

- MasterCard Standard - 15 AZN

- MasterCard Gold - 40 AZN

- MasterCard Platinum - 50 AZN

"MasterCard" tipli kartarı əldə etmək üçün Kapital Bankın baş ofisinə və ya çoxsaylı filiallarına müraciət etmək olar.

Respublikada filialların sayına görə lider olan Kapital Bank hazırda onların sayını 89-a çatdırıb. Bununla yanaşı, respublikada Kapital Bankın altı müstəqil şöbəsi və 57 şöbəsi fəaliyyət göstərir.

Oktyabrın 25-nə olan rəsmi məzənnə 0,8009 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti