...

Azərbaycan Beynəlxalq Bankı oktyabrda ölkənin birja bazarının lideri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 12:21 (UTC +04:00)
2010-ci ilin oktyabrında Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə keçirilən ticarətin yekunlarına görə, birja valyuta bazarının bank liderlərinin beşliyinə bağlanan sövdələşmələrin payına müvafiq olaraq Azərbaycanın Beynəlxalq Bankını başçılıq edib.
Azərbaycan Beynəlxalq Bankı oktyabrda ölkənin birja bazarının lideri olub

Azərbaycan, Bakı, 2 noyabr / Trend /

2010-ci ilin oktyabrında  Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə keçirilən ticarətin yekunlarına görə, birja valyuta bazarının bank liderlərinin beşliyinə bağlanan  sövdələşmələrin payına müvafiq olaraq Azərbaycanın Beynəlxalq Bankını başçılıq edib. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Hərracların ümumi həcmində ən yüksək paya malik olan lider banklar qrupuna ASB Bank, "Yapi Kredi Bank Azerbaijan" SKB, "Royal Bank" QSC, "Turan Bank" SKB daxil olublar. Buna uyğun olaraq 2010-cu ilin oktyabrında birja bazarının aparıcı operatorlarının siyahısı göstərilib:

BANKLAR

ÜMUMİ HƏCMDƏKİ PAYI (faizlə)

Azərbaycan Beynəlxalq Bankı

34,36%

ASB

25,21%

Yapi Kredi Bank Azerbaijan

9,40%

Royal Bank

4,50%

Turan Bank

4,27%

Ümumilikdə 2010-cu ilin oktyabrında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 13 bank iştirak edib. Həmin dövrdə keçirilən 42 ticarət sessiyasında 27 əqd qeydə alınıb.

Hesabat dövründə valyuta seksiyasında USD/AZN üzrə hərracların ümumi həcmi 46,816 milyon manat və ya dollar ekvivalentində 58,500 milyon təşkil edib.

EUR/AZN aləti üzrə dövriyyə 334 830 milyon manat olub. Qeyd edək ki, bu alət üzrə avronun manata nisbətdə orta yuxarı məzənnəsi 1,1161 manat təşkil edib.

Hesabat dövründə sentyabr göstəriciləri ilə müqayisədə valyuta seksiyasında hərracların ümumi həcmi 21,573 milyon manat və ya 1,9 dəfə artıb.

Hərracların birja elektron sistemində USD/AZN orta günlük dövriyyə təxminən 2,786 milyon manata çatıb ki, hər hərracın orta həcmi 2,167 milyon dollar təşkil edib.

Hesabat ayında USD/AZN_TOD aləti üzrə milli valyutanın birja məzənnəsi 0,5 faiz artıb - 1 USD-ə görə 0,8032-dən 0,7994 AZN-ə qədər.Nəticədə, milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi oktyabr ayında 0,8003-ə bərabər olub. Halbuki, sentyabrda bu göstərici 0,8033 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti