...

Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2010 12:32 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0008 bənd (0,08 faiz) möhkəmlənib.
Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0008 bənd (0,08 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8002 manat səviyyəsində müəyyən edilib.

Noyabrın 1-2-də manatın dollara nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına 0,8005 manat səviyyəsində müəyyən edilib, minimum məzənnə isə noyabrın 5-də 0,7997 manat səviyyəsində olub

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

25 oktyabr

0,8009

1 noyabr

0,8005

26 oktyabr

0,8010

2 noyabr

0,8005

27 oktyabr

0,8011

3 noyabr

0,8003

28 oktyabr

0,8008

4 noyabr

0,8000

29 oktyabr

0,8007

5 noyabr

0,7997

Həftə ərzində orta

0,8009

Həftə ərzində orta

0,8002

Həftənin yekunları üzrə Bakı Banklararası Valyuta Birjasında keçirilən sövdələşmələr nəticəsində müəyyən edilən manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,7994 AZN/USD (0,38 faiz) səviyyəsində dəyişməz qalıb.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): noyabrın 1-də 0,7994 AZN/USD məzənnə ilə $2,2 milyon, noyabrın 2-də 0,7994 AZN/USD məzənnə ilə $2,73 milyon, noyabrın 3-də 0,7994 AZN/USD məzənnə ilə $6,3 milyon, noyabrın 4-də 0,7994 AZN/USD məzənnə ilə $0,31 milyon, noyabrın 5-də isə 0,7994 AZN/USD məzənnə ilə $1,4milyon.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

25 oktyabr

0,8032

1 noyabr

0,7994

26 oktyabr

0,8032

2 noyabr

0,7994

27 oktyabr

0,8006

3 noyabr

0,7994

28 oktyabr

0,7997

4 noyabr

0,7994

29 oktyabr

0,7994

5 noyabr

0,7994

Həftə ərzində orta

0,80122

Həftə ərzində orta

0,7994

USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 5 manat, satışı isə 6 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il - 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin təxminən 80 faizinin çıxarılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti