...

Təcili Yardım Stansiyasının həkimi "Bank of Baku"dan 1000 manat qazanan nümunəvi müştəri oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2010 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

"Bank of Baku" ASC "Nümunəvi Müştəri" adlı həvəsləndirici kampaniyasının üçüncü uduşunu keçirib. Bu barədə cümə axşamı bankın məlumatında deyilir.

Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda "Bank of Baku"da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 56 256 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.

"Bank of Baku"dan 1000 manatı qazanan nümunəvi müştəri - Bakı şəhərindəki 1 №-li Təcili Yardım Stansiyasının həkimi İbrahimov Xıdırnəbi öz sevincini bankla bölüşüb:

- Xıdırnəbi bəy, necə oldu ki, "Bank of Baku"nun müştərisi oldunuz?

- Mən "Bank of Baku"nun daimi müştərisiyəm, qızım üçün cehiz lazım idi, buna görə bankın köməyi ilə məişət texnikası almışam. Axırıncı dəfə isə bankdan nağd pul krediti götürmüşdüm.

- "Bank of Baku"nun 56 256 nümunəvi kredit müştərisinin arasında Siz yeganə müştərisiniz ki, bankdan 1000 manat qazandınız. Uduş haqqında xəbəri necə qarşıladınız?

- 56 256 müştərinin arasında mən udmuşam 1000 manatı?! Sözün düzü, çox təəccübləndim! Xəbəri eşidəndə də şokda idim. Bankın əməkdaşı zəng edib bu xəbəri mənə deyəndə, zirzəmidə idim, o anda bizim mətbəxi su basmışdı, suyun içində durub məsələni həll etməyə çalışırdım. Atalar yaxşı deyib, su aydınlqdır. Eşidəndə ki, "Bank of Baku"dan 1000 manat qazanmışam, su, filan yadımdan çıxdı, özümü bir az itirdim, baxmayaraq ki, kredit götürəndə bankın işçisi "Nümunəvi Müştəri" kampaniyası haqqında xəbər vermişdi. Hətta bankdan kampaniya haqqda çap məlumatı da götürüb orada müştəri kodumu yazmışdım və ödənişləri vaxtından da tez etməyə çalışırdım. Amma uda biləcəyimi heç düşünmürdüm.

- Sizcə, nümunəvi müştəri olmaq çətindir?

- Heç bir çətinliyi yoxdur, sadəcə insan həm özünə qarşı, həm banka qarşı məsulliyyətli olmalıdır. Beləliklə, bank tərəfindən etibarlıq qazanıb daha aşağı faizlə kredit ala bilərsən. Mən banka borcumu onsuz da vaxtında ödəyirdim, bundan sonra lap tez ödəməyə çalışacağam.

- Sirr deyilsə, uduşu nəyə xərcləyəcəksiniz?

- Etiraf etmək istərdim ki, bu uduş lap vaxtında oldu! Sağ olsun "Bank of Baku"! Bilirsiz, qızım həyat yoldaşı ilə Moskvada yaşayır və Yeni il ərəfəsində onlar bizə qonaq gələcəklər. Sözün düzü, hazırda maliyyə vəziyyətimiz bir az elə də yaxşı deyil, son vaxtlar xərclərimiz çox olub və qızımı necə qarşılayacağıma görə çox narahat idim. "Bank of Baku"nun sayəsində bəxtim gətirdi!

- Bankımızın digər müştərilərinə sözünüz olacaq?

- Bankın bütün müştərilərinə demək istərdim ki, kredit üzrə faizlərini vaxtında ödəsinlər və mənim bugunkü sevincim onlara da qismət olsun!

- "Bank of Baku"ya arzunuz olacaqmı?

- "Bank of Baku" məni çox sevindirdi, adam dara düşəndə bank bizə kömək olur. Bankın rəhbərliyinə, bütün əməkdaşlarına öz təşəkkürlərimi bildirirəm və bir həkim kimi, bankın bütün kollektivinə cansağlığı arzulayıram!

Bundan başqa, bank 200 AZN qazanan digər 5 qalib-müştərisini də müəyyən etdi: Allazov N.N., Mustafayev İ.N., Qasımova M.S., Qardaşxanov R.A., Səmədov X.H.

"Nümunəvi Müştəri" kampaniyası 5 avqust 2010 - 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcək. "Nümunəvi Müştəri" kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Uduş fondunun ümumi məbləği 24 000 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti