...

Aleksandr Xloponin RF-Azərbaycan hökumətlərarası komissiyasının sədri vəzifəsində Şmatkonu əvəz edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2010 15:57 (UTC +04:00)
Müvafiq sərəncam cari ilin 12 noyabrında Rusiyanın Baş naziri tərəfindən imzalanıb.
Aleksandr Xloponin RF-Azərbaycan hökumətlərarası komissiyasının sədri vəzifəsində Şmatkonu əvəz edəcək

Hökumət başçısı Vladimir Putin Rusiya baş nazirinin müavini, Şimali Qafqaz federal dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi Aleksandr Xloponini energetika naziri Sergey Şmatkonun əvəzinə RF və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Rusiya hissəsinin sədri vəzifəsinə təyin edib. Məlumatı RİA Novosti agentliyi yayıb.

Müvafiq sərəncam cari ilin 12 noyabrında Rusiyanın Baş naziri tərəfindən imzalanıb.

Şmatko 2008-ci ilin iyun ayından komissiyanın Rusiya hissəsinin sədri vəzifəsini tutub.

Xəbər lenti

Xəbər lenti