...

Azərbaycan və Böyük Britaniya müştərək investisiya imkanlarını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2010 13:18 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Avropa İttifaqının TACIS "İxrac və Azərbaycanın investisiya iqliminin yaxşılaşmasına yardım" proqramı çərçivəsində Londonda seminar keçiriblər.
Azərbaycan və Böyük Britaniya müştərək investisiya imkanlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Avropa İttifaqının TACIS "İxrac və Azərbaycanın investisiya iqliminin yaxşılaşmasına yardım" proqramı çərçivəsində Londonda seminar keçiriblər. Seminar çərçivəsində Azərbaycanın biznes imkanları təqdim olunub və əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu barədə cümə günü nazirlikdən məlumat verilib.

Tədbirdə Böyük Britaniyanın rəsmi şəxsləri, həmçinin qida və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 40-a yaxın şirkətin nümayəndələri iştirak ediblər.

Seminar çərçivəsində kənd təsərrüfatının mövcud sahəsinin investisiya imkanları və Azərbaycanda qida məhsulu istehsalı, həmçinin müştərək investisiya imkanları təqdim olunub. Seminarda "Salans" və "Deloitte & Touche" şirkətləri Azərbaycanda fəaliyyət təcrübəsi barədə çıxış ediblər.

Seminar çərçivəsində Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin inkişafı, eləcə də Azərbaycanın investisiya imkanları üzrə müzakirələrin aparıldığı ikitərəfli görüşlər təşkil olunub.

Səfər zamanı AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri "H2O" şirkətinin fəaliyyəti ilə tanış olublar, eləcə də Azərbaycanda qida istehsalı sahəsində müasir texnologiyaların tətbiqi üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə Mərkəzi Asiya və Cənubi Qafqaz Assosiasiyasının (CASCA) nümayəndələri ilə Azərbaycan mallarının Böyük Britaniyaya daxil olması, kənd təsərrüfatı və qida məhsullarının istehsalı sahəsində biznes münasibətlərinin genişlənməsi üzrə birgə tədbirlərin keçirilməsi məsələsi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti