...

Azərbaycanın daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2010 17:34 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Azal Sığorta" ASC-yə sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziya verib.
Azərbaycanın daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Azal Sığorta" ASC-yə sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziya verib. Bu barədə cümə günü Xidmətin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, bundan əvvəl verilmiş lisenziyanın müddəti noyabrın 12-də bitib.

"Azal Sığorta" 2010-cu ilin yanvar-oktyabr aylarında 11,27 milyon manat həcmində sığorta haqqı yığaraq TOP-10 renkinqində dördüncü yeri tutub. ASC-nin ödənişləri 0,51 milyon manat təşkil edib.

Son ay ərzində şirkətin sığorta haqları təxminən bir faiz artıb, il ərzində isə 13,77 faiz azalıb.

Hava nəqliyyatının sığortası üzrə ixtisaslaşan "Azal Sığorta" SŞ 1995-ci ildə yaradılıb. Şirkətin təsisçisi "AZAL" QSC-dir.

Şirkət sığorta xidmətlərinin 17 növü üzrə xidmət göstərmək üçün icazəyə malikdir. Onlardan ikisi icbaridir.

Noyabrın 19-na olan rəsmi məzənnə 0,8 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti