Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.İsmayılov/
Yanvar-oktyabr aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 700 min ton konteyner yükləri daşıyıb ki, ötən ilin analoji dövründə bu göstərici 240 min ton olub. Bu barədə Bakı limanındakı mənbə cümə axşamı deyib.
"Quru yüklərin daşınmasında xeyli artım müşahidə olunub, eləcə də doqquz ayın yekunları üzrə quru yük terminalı demək olar ki, üç dəfə çox quru yük daşıyıb", - mənbə bildirib.
Emal olunan quru yüklərin böyük hissəsini İrandan idxal olunan sement klinkerləri təşkil edir.
Quru yüklərin əsas hissəsini İrandan idxal olunan sement klinkerləri təşkil edir. Eləcə də, mənbənin sözlərinə görə, yanvar-oktyabr aylarında 13 700 konteyner daşınıb. Ötən il bu rəqəm 2000 ədəd təşkil edib. Konteyner yüklərinin əsas hissəsini Avropadan Qazaxıstan (Aktau) istiqamətində daşınan humanitar yüklər təşkil edib.
Qara dəniz, Gürcüstan və Azərbaycan ərazisindən humanitar yüklərin daşınmasına ötən ilin martından başlanılıb. Onların daşınması TRACECA nəqliyyat dəhlizi çərçivəsində Əfqanıstan istiqamətində həyata keçirilir. Humanitar yüklər tibbi preparatlardan, tikinti materiallarından və qida məhsullarından ibarətdir.
Mənbənin sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında liman vasitəsilə 2,27 milyon tona yaxın bərə yükü (vaqonların yüklənməsi) daşınıb ki, ötən ilin yanvar-oktyabrında bu göstərici 1,92 milyon tona yaxın təşkil edib.
2009-cu ildə liman vasitəsilə 2,5 milyon tona yaxın yük daşınıb ki, bu da 2008-ci ilin göstəricisindən 10% aşağıdır.
Mənbə daha əvvəllər bildirmişdi ki, 2008-ci ildə Bakı limanından 6 milyon tona yaxın müxtəlif yüklər daşınıb. Keçən il göndərilən yüklərin həcminin 3 milyona yaxını neft və neft məhsullarının, qalan 3 milyonu isə bərə ilə (Bakı-Türkmənbaşı, Türkmənbaşı-Bakı, Bakı-Aktau, Aktau-Bakı) hərəkət edən yüklərin payına düşüb.