Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol qovşağının III mərhələsini istifadəyə verib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Bu yol qovşağının birinci mərhələsi Azadlıq prospekti boyunca hərəkəti təmin edir. İkinci mərhələ xidmət sahələri, eyni zamanda piyada keçidlərindən ibarətdir. Üçüncü mərhələ nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün nəzərdə tutulub.
Bu kompleksin dördüncü mərhələsinin açılışının 2011-ci ilin birinci yarısında həyata keçirilməsi planlaşdırılır.