...

Urumçi-Bakı aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2010 20:25 (UTC +04:00)
Urumçi-Bakı marşrutu üzrə hərəkət edən təyyarənin Bakıya çatması Urumçidən uçuşun yubadılması səbəbindən Bakı vaxtı ilə saat 20:00-dək gecikir.
Urumçi-Bakı aviareysi yubanır

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.İsmayılov/

Urumçi-Bakı marşrutu üzrə hərəkət edən təyyarənin Bakıya çatması Urumçidən uçuşun yubadılması səbəbindən Bakı vaxtı ilə saat 20:00-dək gecikir. Bu barədə bazar ertəsi Heydər Əliyev adına Beynəlxalq hava limanından bildiriblər. Yubanmanın səbəbi göstərilmir.

"Çin tərəfindən hələ ki Bakı vaxtı ilə saat 20:00-dək yubanma göstərilib", - aeroportdan bildirilib.

Aeroportdan dediklərinə görə, Bakı-Urumçi marşrutunun CZ 6023 saylı reysi cədvəl üzrə Bakı vaxtı ilə 21:15-də gəlməlidir, lakin Urumçidən təyyarənin qalxmasının yubanması reysin bir neçə saat gecikməsinə səbəb olacaq.

Buna müvafiq olaraq, təyyarənin Bakıya gecikməsi səbəbindən cədvəl üzrə bazar ertəsi saat 22:45-də uçmalı olan Bakı-Urumçi aviareysinin qalxması yubanacaq.

Xəbər lenti

Xəbər lenti