...

Azərbaycan texnoparkında sənaye müəssisələrinin sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 16:35 (UTC +04:00)
Yaxın vaxtlarda Sumqayıt şəhərində yaradılan texnoloji park layihəsi çərçivəsində iki zavod istismara veriləcək.
Azərbaycan texnoparkında sənaye müəssisələrinin sayı artır

Azərbaycan, Bakı, 6 dekyabr /Trend/

Yaxın vaxtlarda Sumqayıt şəhərində yaradılan texnoloji park layihəsi çərçivəsində iki zavod istismara veriləcək. Bu barədə bazar ertəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bu gün texnoparkda 6 zavod fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 2 zavodun - Sinkləmə və Dəqiq emal mərkəzləri zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. 8 zavodun inşası isə davam edir. 16 zavoddan ibarət olacaq bu parkda müxtəlif çeşidli məhsulların - kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s. istehsalı genişləndiriləcək. Hazırda müəssisədə 800-ə qədər işçi çalışır. Məlumatda deyilir ki, bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 2500-ə çatdırılacaq.

Sumqayıt texnoparkının yaradılması haqqında qərar Azərbaycanda sənaye sahəsində iri infrastruktur layihələrin həyata keçirilməsi çərçivəsində qəbul olunub.

Məlumata görə, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev dekabrın 3-dən 5-dək Bakıda Özbəkistan milli sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistanın Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Eliyor Qəniyevi texnoparkın fəaliyyəti ilə tanış edib.

Xəbər lenti

Xəbər lenti