Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Dekabrın 3-də ölkənin ən böyük sığorta şirkətlərindən biri olan "Atəşgah" tərəfindən "Facebook" sosial şəbəkəsində elan olunmuş "Ən yaxşı həvəskar videoçarx" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bu barədə çərşənbə axşamı şirkətdən məlumat verilib.
Müsabiqənin şərtlərinə görə, hər bir iştirakçı "Atəşgah" Sığorta Şirkətinin məhsullarını mobil telefon, foto-veb kamerasına öz reklam variantında çəkə bilər - "Arxayın sürücü", "Arxayın sakin" və ya "Arxayın valideyn", daha sonra onu "YouTube"a qoyaraq müsabiqə təşkilatçılarının internet-ünvanına istinad göndərə bilər.
Səsvermənin nəticələrinə görə, hamıdan çox səs toplayan müsabiqə qalibi elan olunub. Bu, layihə meneceri Ələmdar Bayramovdur. İkinci yeri jurnalist Emil Axundov, üçüncü yeri Azərbaycan Dövlət İqtisad Universitetinin Sabir Məşədizadənin rəhbərliyi altında tələbə qrupu tutub. Həmçinin, Fərid Yusifoğlu müsabiqədən kənar nümayiş etdirilən original çarxa görə mükafat alıb. Etimadnamələr və həvəsləndirici mükafatlar verildikdən sonra bütün iştirakçılar "Atəşgah" sığorta şirkətinin digər müsabiqələrində də iştirak etmək istəklərini qeyd ediblər, şirkətin rəhbərliyi və layihə təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
"Atəşgah" Sığorta Şirkəti auditoriyanı sığorta məhsulları ilə daim tanış etmək çərçivəsində mütəmadi olaraq öz müştəriləri və "Facebook"da şirkətin səhifəsinə baş çəkənlər üçün müsabiqələr keçirməyi planlaşdırır.
Beləliklə, dekabrın 1-də şirkət "Ən yaxşı korporativ cinql" üzrə növbəti müsabiqə elan edib. İştirak üçün "Youtube"a cinql yükləmək və /[email protected]/ ünvanına istinad göndərmək və ya məktubun məzmununda "Musiqili müsabiqə"ni göstərərək cinqlı bilvasitə həmin ünvana göndərmək kifayətdir.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış şirkət olan "Atəşgah Həyat" "Atəşgah" sığorta qrupunun tərkibinə daxildir.
2010-cu ilin birinci yarısının yekunlarına görə, şirkət Azərbaycanın sığorta şirkətləri arasında sığorta yığımları renkinqində üçüncü yeri tutur. "Atəşgah"ın Bakıda beş ofisi, ölkə ərazisində altı regional nümayəndəliyi var.