...

Azərbaycanda qeyri-qanuni tibbi və əczaçılıq xidmətlərinin göstərilməsi faktları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 15:35 (UTC +04:00)
2010-cu ilin əvvəlindən Azərbaycanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma ilə bağlı inzibati məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar 88 şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Bu barədə çərşənbə günü Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Azərbaycanda qeyri-qanuni tibbi və əczaçılıq xidmətlərinin göstərilməsi faktları aşkarlanıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Ü. İsmayılova/

2010-cu ilin əvvəlindən Azərbaycanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma ilə bağlı inzibati məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar 88 şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Bu barədə çərşənbə günü Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.

"Bütün bu şəxslər xüsusi razılıq (lisenziya) olmadan tibbi və əczaçılıq xidmətləri ilə məşğul olublar", - məlumatda deyilir.

Həmin faktlar Azərbaycan Səhiyyə, Vergilər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən aşkar olunub.

Xəbər lenti

Xəbər lenti