...

Gürcüstan naziri Azərbaycanın "Akkord" şirkətinin işinin tempindən razıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 17:54 (UTC +04:00)
Sürətli "Sveneti-Ruisi" (Şərqi Gürcüstan) avtomagistralının 15-ci kilometrliyində betonun tökülməsi başa çatıb. Dünən işlərin gedişi ilə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili tanış olub.
Gürcüstan naziri Azərbaycanın "Akkord" şirkətinin işinin tempindən razıdır

Gürcüstan, Tbilisi, 8 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Sürətli "Sveneti-Ruisi" (Şərqi Gürcüstan) avtomagistralının 15-ci kilometrliyində betonun tökülməsi başa çatıb. Dünən işlərin gedişi ilə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili tanış olub.

Hazırda iki 800 metrlik tunelin və iki 880 metrlik estakadanın tikintisi aparılır. İşlərin gələn ilin mayında başa çatması üçün bütün sutka ərzində iş aparılır.

"Ruisi istiqamətində yolun sağ zolağında işlər başa çatıb. Bunu uğur sayıram. Bu yol üç ay bundan sonra tikilməli idi, biz isə onu ilin sonuna başa çatdıra bildik", - tanışlıq zamanı Nikolaişvili qeyd edib.

İşləri Azərbaycanın "Akkord" şirkəti aparır, lakin tikintiyə əsasən yerli işçilər cəlb olunub.

Xəbər lenti

Xəbər lenti