...

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Regional Koordinasiya Mərkəzi yaradılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 12:14 (UTC +04:00)
Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının türkdilli ölkələr və MDB dövlətləri üzrə Regional Koordinasiya Mərkəzi yaradılacaq. Bu barədə Dövlət Sоsial Müdafiə Fondunun (DSMF) cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Regional Koordinasiya Mərkəzi yaradılacaq (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının türkdilli ölkələr və MDB dövlətləri üzrə Regional Koordinasiya Mərkəzi yaradılacaq. Bu barədə Dövlət Sоsial Müdafiə Fondunun (DSMF) cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, Regional Koordinasiya Mərkəzinin yaradılmasına dair qərar noyabrın 29-dan dekabrın 4-dək Keyptaun şəhərində (CAR) keçirilən Dünya Sosial Təminat Forumunda qəbul edilib.

Tədbirin gedişində ölkənin pensiya-sığorta sistemi sahəsində siyasətinin uğurlu olduğunu nəzərə alaraq Azərbaycana Beynəlxalq tədqiqat və tədris mərkəzinin yaradılması da təklif olunub.

"Belə mərkəzin yaradılması pensiya-sığorta məsələlərinin effektiv həlli üçün böyük əhəmiyyət kəsb edir", - tədbirdə Assosiasiyanın baş katibi Hans-Horst Konkolevski bildirib.

Konkolevski Azərbaycanda belə mərkəzin yaradılmasının əsas səbəbləri kimi iqtisadi gücü, siyasi nüfuzu, eləcə də ölkənin idarəetmə sahəsindəki böyük təcrübəsini göstərib.

Beynəlxalq Sosial Təminat Assosiasiyası 1927-ci ildə təsis olunub. Dünyanın 150-dən artıq ölkəsindən 340-a yaxın təşkilat bu qurumun üzvüdür. Təşkilatın Keyptaundakı son forumunda dünyanın 143 ölkəsindən 1600-dən çox nümayəndə iştirak edib.

Xəbər lenti

Xəbər lenti