...

Azərbaycanda 11 ayda 123 adda məhsulun istehsalı və satışı qadağan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 14:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanvar-noyabr aylarında 123 adda məhsulun istehsalı və satışını qadağan edib. Bu barədə komitənin cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanda 11 ayda 123 adda məhsulun istehsalı və satışı qadağan edilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanvar-noyabr aylarında 123 adda məhsulun istehsalı və satışını qadağan edib. Bu barədə komitənin cümə axşamı yaydığı məlumatda deyilir.

Dövlət Komitəsi 11 ay ərzində 1937 təsərrüfat subyektində monitorinq aparıb.

Dövlət nəzarəti tədbirləri nəticəsində ümumi dəyəri 231,6 min manat olan məhsulun normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib. İdarə əməkdaşları tərəfindən 329 adda məhsul üzrə iradnamə, 123 ədəd məhsul üzrə istehsal və satışın qadağan olunması barədə tələbnamə verilib. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən təsərrüfat subyektlərinin rəhbərlərinə ümumilikdə 143 min manat cərimə kəsilib.

Dekabrın 9-na rəsmi məzənnə 0,7990 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti