...

Azərbaycanda cins mal-qaranın sığortalanması üzrə tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2010 17:18 (UTC +04:00)
"Aqrolizinq" ASC cins mal-qaranın, kənd təsərrüfatı texnikasının, layihə-smeta sənədlərinin hazırlanmasının, eləcə də şirkətin texniki avadanlığının sığortalanması üzrə tender elan edib.
Azərbaycanda cins mal-qaranın sığortalanması üzrə tender elan edilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir Ü.İsmayılova/

"Aqrolizinq" ASC cins mal-qaranın, kənd təsərrüfatı texnikasının, layihə-smeta sənədlərinin hazırlanmasının, eləcə də şirkətin texniki avadanlığının sığortalanması üzrə tender elan edib. Bu barədə çərşənbə axşamı tender komissiyasının rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Məlumata əsasən, tender proseduru altı lotda keçiriləcək.

Birinci lotda tenderin predmeti altı milyon damazlıq toyuq yumurtasının istehsalı üzrə inkubator avadanlığının alınması, ikinci lotda quşların kəsilməsi üzrə sex üçün texniki avadanlığın alınması, üçüncü lotda 20 ədəd ekskavatorun alınması, dördüncüdə "Aqrolizinq" ASC-nin Ucar, Kürdəmir, Horadiz, Zərdab və Göygöl rayonlarında aqroservis filiallarının tikintisi, ASC-nin inzibati binasının və Gəncə rayonlararası təchizat bazasının təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması, beşincidə damazlıq malın sığortalanması, altıncı lotda saatda 350-500 kiloqram gücə malik günəbaxan və digər məhsulların emalı üzrə avadanlığın alınmasıdır.

Tender proseduru dekabrın 22-də "Aqrolizinq" ASC-nin binasında keçiriləcək.

"Aqrolizinq" ASC Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2004-cü il oktyabrın 23-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin balansındadır.

Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılmasına və ölkədə yerli torpaq sahiblərinə müxtəlif kənd təsərrüfatı texnikasının lizinqlə alınması və verilməsi yolu ilə sahibkarlığın dəstəklənməsinə yönəlib.

Bu gün ASC doqquz regional aqroservis təchizatı bazasına və işğal olunmuş rayonlar istisna olmaqla, Azərbaycanın bütün rayonlarında 50-dən çox aqroservis filialına malikdir.

Xəbər lenti

Xəbər lenti