...

Azərbaycan bankı "DəmirBank"ın aktivləri 17,2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2010 16:21 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank"ın aktivləri dekabrın 1-nə 288 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 42,3 milyon manat və ya 17,2 faiz çoxdur.
Azərbaycan bankı "DəmirBank"ın aktivləri 17,2 faiz artıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycan bankı "DəmirBank"ın aktivləri dekabrın 1-nə 288 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 42,3 milyon manat və ya 17,2 faiz çoxdur. Bu barədə bazar ertəsi bankın məlumatında deyilir.

Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 46,2 milyon manat və ya 25,3 faiz artaraq 228,9 milyon manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi dekabrın 1-nə 98,2 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə dekabr 1-nə 81,1 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 22,6 faiz və ya 14,9 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı dekabr 1-nə 20 milyon manat, məcmu kapitalı isə 48,5 milyon manat olub.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Dekabrın 2-nə olan rəsmi məzənnə 0,7988AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti