...

Azərbaycanın sığorta şirkəti kapitalını 1,5 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2010 18:59 (UTC +04:00)
Azərbaycanın sığorta şirkəti "Meqa Sığorta" ASC Bakı Fond Birjasına (BFB) adi adlı sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib.
Azərbaycanın sığorta şirkəti kapitalını 1,5 milyon manat artırır

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti "Meqa Sığorta" ASC Bakı Fond Birjasına (BFB) adi adlı sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib. Bu barədə birjanın çərşənbə günü yaydığı məlumatda deyilir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ümumi məbləği 1,5 milyon manat olan emissiyalar prospektini qeydə alıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri beş min manat olan 300 səhm buraxılıb.

Dekabrın 23-dən etibarən BFB-də "Meqa Sığorta" ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Səhmlərin yerləşdirilməsi anderrayteri qismində "Chelsea Capital" MMC çıxış edir.

Azərbaycanın sığorta şirkəti "Meqa Sığorta" ASC 2010-cu ilin oktyabrından fəaliyyət göstərərək, bazarda "BE&G" şirkətini əvəz edib. Səhmdarların dəyişməsi ilə şirkətin səhmləri yeddi fiziki şəxs arasında bölüşdürülüb. Şirkət sığortanın 24 könüllü və 5 icbari növü üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 2 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti