...

Yaponiya şirkəti Azərbaycana Bakı buxtası üzərində asma körpünün tikintisi üçün avadanlıq təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2010 17:25 (UTC +04:00)
Yaponiyanın "Shinyei" şirkəti Azərbaycan Nəqliyyat Nazirliyi üçün Azərbaycanın müxtəlif nəqliyyat layihələrində istifadə edilə biləcək avadanlığın təqdimatını keçirib.
Yaponiya şirkəti Azərbaycana Bakı buxtası üzərində asma körpünün tikintisi üçün avadanlıq təklif edir

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Yaponiyanın "Shinyei" şirkəti Azərbaycan Nəqliyyat Nazirliyi üçün Azərbaycanın müxtəlif nəqliyyat layihələrində istifadə edilə biləcək avadanlığın təqdimatını keçirib. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Təqdim edilən yapon avadanlığı Bakı buxtasında tikiləcək asma körpü, yol, tunel və körpü tikintisində istifadə edilə bilər.

Yeni körpü Bakı buxtasının iki tərəfini (Bayıl və Zığ qəsəbələri zonasında) birləşdirməli və paytaxtın nəqliyyat infrastrukturunun yükünün azaldılmasına kömək etməlidir. Körpünün dəniz hissəsi 14 kilometr təşkil edəcək. Bu körpünün tikintisi üzrə işlərin 5 il ərzində başa çatdırılması planlaşdırılır.

12 aylıq texniki-iqtisadi əsaslandırma (TİƏ) layihəsinin hazırlanmasının həyata keçirilməsi 2010-cu ilin iyulunda başlayıb. Layihənin büdcəsi 1,6 milyon dollar təşkil edir. Layihə KOICA tərəfindən maliyyələşdirilir. 2010-cu il martın 11-də Azərbaycan və Koreya Respublikası arasında layihəyə dair imzalanan qrant sazişi Bakı şəhərinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına, iki ölkə arasında bu layihənin uğurla həyata keçirilməsi əsasında münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti