...

"AtaHoldinq" Şirkətlər Qrupu "Ekologiyanın dostu" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2010 16:01 (UTC +04:00)
"EKO-2010" Gənclər Koalisiyasının ölkə ərazisində keçirdiyi sorğu və monitorinqlər əsasında "AtaHoldinq" Şirkətlər Qrupu "Ekologiyanın dostu" mükafatına layiq görülüb.
"AtaHoldinq" Şirkətlər Qrupu "Ekologiyanın dostu" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

"EKO-2010" Gənclər Koalisiyasının ölkə ərazisində keçirdiyi sorğu və monitorinqlər əsasında "AtaHoldinq" Şirkətlər Qrupu "Ekologiyanın dostu" mükafatına layiq görülüb. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Mükafatın təqdimat mərasimi dekabrın 23-də "Excelsior Hotel Baku" otelində keçirilib. "AtaHoldinq" Şirkətlər Qrupu yarandığı ilk gündən ekologiyanın qorunması və inkişafına xüsusi diqqət ayırıb və bununla bağlı çoxlu sayda layihələr həyata keçirib. Gənclər Koalisiyasının ölkə ərazində keçirdiyi sorğu əsasında respondentlər "AtaHoldinq" ASC-nin ekologiyamıızın yaxşılaşdırılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib və təşkilat sorğuya əsaslanaraq "AtaHoldinq" Şirkətlər Qrupuna mükafat təqdim edib.

"AtaHoldinq" Şirkətlər Qrupu quşlar aləminin qorunması, yaşıllıqların salınması, agacların əkilməsi, kanalizasiya sularının təmizlənməsi və yenidən yararlı hala salınması istiqamətində bir sıra tədbirlər həyata keçirib.

"AtaHoldinq" Şirkətlər Qrupu iqtisadiyyatımızın inkişafı ilə bərabər ekologiyanın qorunması və normalaşdırılmasına çalışır. Mükafatı alan İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, holdinq gələcək fəaliyyətində də ekologiyanın qorunması və yaxşılaşdırılmasına öz köməyini əsirgəməyəcək.

Xəbər lenti

Xəbər lenti