...

AYİB Azərbaycanın fond bazarı iştirakçılarının maliyyə-analitik potensialının artırılmasına kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2010 20:20 (UTC +04:00)
Xarici ekspertlər tərəfindən keçirilən imtahanın nəticələrinə görə, iştirakçıların böyük hissəsi yüksək ballar toplayaraq sınaqdan uğurla keçiblər.
AYİB Azərbaycanın fond bazarı iştirakçılarının maliyyə-analitik potensialının artırılmasına kömək edir

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Bakı Fond Birjasında (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankınn (AYİB) maliyyə dəstəyi ilə həyata keçirilən "Kapital bazarları üzrə məsləhət xidmətləri və treninq" layihəsi çərçivəsində qiymətli kağızlar bazarının peşəkar iştirakçıları və maliyyə sektorunun digər nümayəndələri üçün CFA (Chartered Financial Analyst) tədris planı əsasında keçirilən treninqlər üzrə ilk sınaq imtahanı keçirilib. Bu barədə birjanın cümə günü yaydığı məlumatda deyilir.

Xarici ekspertlər tərəfindən keçirilən imtahanın nəticələrinə görə, iştirakçıların böyük hissəsi yüksək ballar toplayaraq sınaqdan uğurla keçiblər.

Layihə çərçivəsində BFB tərəfindən bütün treninq iştirakçılarına ödənişsiz əsasda CFA təlim kitabları və xüsusi elektron maliyyə hesablayıcıları paylanılıb.

"Kapital bazarları üzrə məsləhət xidmətləri və treninq" layihəsinin ikinci komponenti olan bu treninqlərin keçirilməsində məqsəd Azərbaycan maliyyə və kapital bazarları iştirakçılarının maliyyə-analitik bilik və bacarıqlarının artırılmasıdır. Sözügedən layihənin birinci komponenti çərçivəsində nüfuzlu xarici ekspertlər tərəfindən BFB-yə strateji planlaşdırma və risk menecmenti sahəsində məsləhət xidmətləri göstərilib.

Xəbər lenti

Xəbər lenti