...

Azərbaycanda müəssisələr işçilərin icbari sığorta ilə təmin edilmələri üçün xərcləri azaltmalıdırlar – AHİK sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2010 15:14 (UTC +04:00)
Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun tətbiqi hələ 20 il bundan əvvəl planlaşdırılmışdı, lakin o dövrdə bu qanun işləməzdi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev delə düşünür.
Azərbaycanda müəssisələr işçilərin icbari sığorta ilə təmin edilmələri üçün xərcləri azaltmalıdırlar – AHİK sədri

Azərbaycan, Bakı, 30 dekabr/Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun tətbiqi hələ 20 il bundan əvvəl planlaşdırılmışdı, lakin o dövrdə bu qanun işləməzdi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev delə düşünür.

"O vaxtlar Azərbaycanda fəaliyyət göstərən müəssisələr belə maliyyə imkanlarına malik olmayıblar və gəlirsiz işləyiblər", - Mehbalıyev qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ciddi iqtisadi inkişaf müşahidə edilir və müəssisələr gəlir əldə edirlər.

Mehbalıyevin bildirdiyinə görə, bütün iri şirkətlər yeni qanunu tətbiq edəcəklər, kiçik və orta müəssisələr isə öz işçilərini icbari sığorta ilə təmin etmək üçün xərcləri bir qədər azaltmalı olacaqlar.

2010-cu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunu təsdiq edib.

Ümumdünya Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2,3 milyon insan həlak olur, bu rəqəmdən üç dəfə çox şəxs isə müxtəlif növ zədələr alır.

2007-ci ildə Azərbaycanda 259 bədbəxt hadisəyə, 128 ölüm faktına, 202 müxtəlif növ zədəalma halına təsadüf edilib. 2008-ci ildə 255 bədbəxt hadisə, 79 ölüm faktı və 212 zədəalma faktı, 2009-cu ildə 250 bədbəxt hadisə, 69 ölüm hadisəsi və 218 zədəalma faktı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti