...

MDB ölkələri Azərbaycandan göbələk ixracında maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2011 18:04 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondundan alınan güzəştli kredit hesabına göbələk istehsal edən "Proqress" müəssisəsinin gücü artırılıb.
MDB ölkələri Azərbaycandan göbələk ixracında maraqlıdırlar

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan alınan güzəştli kredit hesabına göbələk istehsal edən "Proqress" müəssisəsinin gücü artırılıb. Bu barədə cümə günü jurnalistlərə müəssisənin nümayəndəsi Mahir Məmmədov deyib.

"2010-cu ildə Milli Fondun vəsaitindən müəssisəyə 990 min manat həcmində kredit xətti ayrılıb ki, bu da müəssisənin gücünün ildə 1200 ton istehsalata qədər artırılmasına yönəldilib. Bununla yanaşı, kredit vəsaiti göbələklərin turşuya qoyulması üzrə sexin inşası məqsədilə müasir avadanlıqların alınmasına yönəldilib", - o deyib.

Onun sözlərinə görə, hazırda müəssisənin məhsullarının böyük hissəsi daxili tələbatın ödənilməsinə yönəldilib, lakin onun bir hissəsi Gürcüstana ixrac edilir. Gürcüstanla yanaşı, bir sıra digər bazarlar da var, məsələn, Azərbaycandan göbələk ixrac etməyə hazır olan Rusiya bazarı. Lakin hələ ki, müəssisənin gücü nəqlin həcmini genişləndirməyə imkan vermir.

"Hər ay Gürcüstana 24 ton göbələk ixrac olunur", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti