...

Azərbaycanda əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi aparılacaq – Sosial Fondun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2011 16:56 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin Dövlət Statistika Komitəsinə 2010-cu ildə istehlak qiymətlərinin indeks səviyyəsi haqqında məlumatın əldə edilməsi üçün müraciət edib.
Azərbaycanda əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi aparılacaq – Sosial Fondun rəhbəri

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin Dövlət Statistika Komitəsinə 2010-cu ildə istehlak qiymətlərinin indeks səviyyəsi haqqında məlumatın əldə edilməsi üçün müraciət edib. Bu barədə çərşənbə günü Fondun rəhbəri Səlim Müslümov deyib.

"Dövlət Statistika Komitəsindən məlumat alındıqdan sonra Sosial Fond ölkədə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üzrə təkliflərini təsdiq edilmək üçün Azərbaycan Prezidentinə təqdim edəcək", - Müslümov qeyd edib.

2010-cu ildə ölkədə inflyasiya 5,7 faiz təşkil edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ilin fevralında əmək pensiyasının sığorta hissəsinin ötən il ölkədəki inflyasiyanın səviyyəsinə uyğun səviyyədə indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. 2008-ci ilin yekunları üzrə Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi 20,8 faiz, 2009-cu ilin yekunları üzrə 1,5 faiz indeksləşdirilib.

2010-cu il oktyabrın 1-nə ölkədə 1 254 200 təqaüdçü olub.

Bu dövrdə ölkə üzrə orta aylıq pensiya 111 manat, yeni təyinat üzrə əmək pensiyasının məbləği isə 162 manat təşkil edib.

Azərbaycanda pensiya iki hissədən - baza və sığorta hissəsindən ibarətdir. Hazırda ölkədə pensiyanın baza hissəsi 85 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti