...

Azərbaycanda ipoteka istiqrazlarının üçüncü emissiyasının birinci hissəsi yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 18:54 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yeni, faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 10 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Azərbaycanda ipoteka istiqrazlarının üçüncü emissiyasının birinci hissəsi yerləşdirilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yeni, faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 10 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Sifarişlər 4 investor tərəfindən təqdim olunub. Sifarişlərin ümumi məbləği nominal üzrə 24 085 000 manat təşkil edir.

Sifarişlər 100,00% qiymətdə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödənilmə tarixi 11 dekabr 2017-ci ildir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2010-cu il tarixində qeydə alınıb.

Emissiyanın ümumi həcmi 60 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

İnidəyədək AİF 55 milyon manat məbləğində təmin edilmiş ipoteka istiqrazlarını və 75 milyon manat məbləğində təmin edilməmiş istiqrazların iki emissiyasını yerləşdirib.

Yanvarın 17-nə olan rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti